...

10 yaşlı uşağı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Hadisə Materials 22 May 2017 12:59 (UTC +04:00)
Abşeronda 10 yaşlı uşağı avtomobil vurub
10 yaşlı uşağı avtomobillə vurub qaçan sürücü saxlanılıb

Bakı. Trend:

Abşeronda 10 yaşlı uşağı avtomobil vurub.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, mayın 15-də Abşeron rayonunun Saray qəsəbəsi ərazisində müəyyən edilməmiş avtomobillə yolu keçən qəsəbə sakini, 10 yaşlı Çingiz Əliyev vurulub. Piyadaya xəstəxanada ilkin tibbi yardım göstərilərək buraxılıb.

Abşeron RPİ əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində yol-nəqliyyat hadisəsinin "QAZ-3110" markalı avtomobili idarə edən qəsəbə sakini, əvvəllər məhkum olunmuş Səlim Səlimov tərəfindən törədilməsi müəyyən edilib və o, saxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti