Bakı. Trend:
Bakının Xəzər rayonunda 1 nəfərin intihar etmək məqsədi ilə yüksək gərginlikli elektrik dirəyinə çıxması barədə məlumat daxil olub.
Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, dərhal nazirliyin Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq aparılmış psixoloji söhbət nəticəsində intihara cəhdin qarşısı alınıb və vətəndaş aidiyyəti üzrə təhvil verilib.
Əməliyyat saat 04:44-də başa çatıb.