...

Prokuror dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi

Hadisə Materials 3 İyul 2017 13:04 (UTC +04:00)
Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağa Sayilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.
Prokuror dələduzluqda təqsirləndirilən şəxsə cəza istədi

Bakı. Samir Əli - Trend:

Bu gün Bakı Ağır Cinayətlər Məhkəməsində dələduzluqda təqsirləndirilən Ağa Sayilovun cinayət işi üzrə məhkəmə prosesi davam etdirilib.

Trend-in məlumatına görə, hakim Rahib Salmanovun sədrliyi ilə keçirilən prosesdə dövlət ittihamçısı təqsirləndirilən şəxsə cəza istəyib. Prokuror A.Sayilovun 8 il 6 ay müddətinə azadlıqdan məhrum edilməsini istəyib.

Təqsirləndirilən şəxsin vəkili çıxış üçün məhkəmədən vaxt istəyib. Proses iyulun 12-dək təxirə salınıb.

A.Sayilov məhbusların yaxınlarına qarşı dələduzluqda ittiham olunur. İttihama görə, o, məhbusların adını Əfv Komissiyasının siyahısına daxil edəcəyini deyərək, bir neçə vətəndaşın pulunu mənimsəyib. Belə ki, o, zərərçəkmiş Şakir Hüseynov və digərlərindən ümumilikdə 50 min manata yaxın pulu dələduzluq yolu ilə ələ keçirib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti