...

Şəkidə 4 otaqlı ev yanıb

Hadisə Materials 6 İyul 2017 01:25 (UTC +04:00)
Şəkidə yanğın qeydə alınıb
Şəkidə 4 otaqlı ev yanıb

Bakı. Trend:

Şəkidə yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Şəki rayonu, Şorsu kəndində vətəndaşa məxsus ümumi sahəsi 104 m2 olan birmərtəbəli 4 otaq, 1 aynabənddən ibarət evin dam örtüyünün yanar konstruksiyaları və ev əşyaları 88 m2 sahədə yanıb.

Evin qalan hissəsi və yaxınlıqdakı tikililər yanğından mühafizə olunub.

Yanğın saat 19:56-da yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti