...

Paytaxtda market yanıb

Hadisə Materials 12 İyul 2017 08:32 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonunda yanğın qeydə alınıb
Paytaxtda market yanıb

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonunda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, İBakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 600 m2 olan marketin oyuncaqlar şöbəsi 25 m2 sahədə yanıb. Yüksək temperaturdan tavan 10 m2 sahədə qarsalanıb.

Mağazanın qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın saat 03:07-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti