Bakı. Trend:
Qəbələ rayonu, Əmirvan kəndində yanğın qeydə alınıb.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Qəbələ rayonu, Əmirvan kəndində vətəndaşlara məxsus ümumi sahəsi 1120 m2 olan talvar, altına yığılımış 600 ton ot bağlaması, 3 ədəd toxum təmizləyən aqreqat və yaxınlıqda ümumi sahəsi 120 m2 olan tövlənin yanar konstruksiyaları və içərsinə yığılmış 2 ton ot bağlaması yanıb.
Yaxınlıqdakı yaşayış evləri və ot tayaları yanğından mühafizə olunub.
Yanğın saat 21:00-da yanğınsöndürənlər tərəfindən söndürülüb.