Paytaxtda yaşayış binasında yanğın olub

Hadisə Xəbər 21 İyul 2017 14:22 (UTC +04:00)

Bakı. Trend:

Bakı şəhəri, Nərimanov rayonunda dördmərtəbəli yaşayış binasının pilləkən qəfəsinin 1-ci mərtəbəsində quraşdırılmış 6 ədəd elektrik sayğacı yanıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, sayğacların qalan hissəsi və mənzillər yanğından mühafizə olunub.

Yanğın saat 11:20-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti