...

Biləsuvarda 3 otaqlı ev, Hacıqabulda “Mercedes” yanıb

Hadisə Materials 31 İyul 2017 08:44 (UTC +04:00)
Biləsuvar rayonu, Aşağı Cürəli yanğın qeydə alınıb
Biləsuvarda 3 otaqlı ev, Hacıqabulda “Mercedes” yanıb

Bakı. Trend:

Biləsuvar rayonu, Aşağı Cürəli yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinə (FHN) istinadən xəbər verir ki, Biləsuvar rayonu, Aşağı Cürəli kəndində vətəndaşa məxsus ümumi sahəsi 135 m2 olan birmərtəbəli, 3 otaqlı evin yanar konstruksiyaları və ev əşyaları yanıb.

Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın saat 23:22-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Hacıqabul şəhərində vətəndaşa məxsus “Mercedes” markalı minik avtomobilinin salonunun yanar hissələri yanıb. Avtomobilin qalan hissəsi və yaxınlıqdakı ev yanğından mühafizə olunub. Yanğın saat 06:15-də yanğınsöndürənlər tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti