...

Avtomobil təmiri sexindəki yanğın söndürülüb - 2 avtomobil yanıb (YENİLƏNİB)

Hadisə Materials 8 Avqust 2017 16:40 (UTC +04:00)
Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 653 kv.m olan avtomobil təmiri sexi 189 kv.m sahədə yanıb.
Avtomobil təmiri sexindəki yanğın söndürülüb - 2 avtomobil yanıb (YENİLƏNİB)

Təfərrüatlar əlavə olunub (ilk xəbər saat 13:52-də yayılıb)

Bakı. Trend:

Bakı şəhəri, Nəsimi rayonunda vətəndaşa məxsus ümumi sahəsi 653 kv.m olan avtomobil təmiri sexi 189 kv.m sahədə yanıb.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, təmirə dayanmış “Nissan” markalı minik avtomobilin qabaq hissəsi əriyib, “Mercedes” markalı minik avtomobilin üzlük hissəsi qismən qarsalanıb.

Avtomobil təmiri sexinin qalan hissəsi, ərazidə təmirə dayanmış avtomobillər və yaxınlıqdakı evlər yanğından mühafizə olunub. Yanğın söndürülüb.

x x x

Bakı şəhəri, Nəsimi rayonu ərazisində olan avtomobil təmiri sexində yanğın müşahidə olunur.

Fövqəladə Hallar Nazirliyindən (FHN) Trend-ə verilən məlumata görə, FHN-nin Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Fövqəladə Hallar Nazirliyinin müvafiq qüvvə və texnikası hadisə yerinə cəlb olunub.

Hazırda yanğının söndürülməsi istiqamətində işlər davam etdirilir. Əlavə məlumat veriləcək.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti