...

Paytaxtda 3 evdə yanğın olub

Hadisə Materials 8 Avqust 2017 20:53 (UTC +04:00)
Paytaxtda 3 evdə yanğın olub.
Paytaxtda 3 evdə yanğın olub

Bakı. Trend:

Paytaxtda 3 evdə yanğın olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda vətəndaşa məxsus ümumi sahəsi 30 kv.m olan birmərtəbəli 2 otaqlı evin 1 otağında mebel yanıb. Ev yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Digər yanğın hadisəsi isə paytaxtın Suraxanı rayonunda qeydə alınıb. Rayonda vətəndaşa məxsus ümumi sahəsi 70 kv.m olan birmərtəbəli 4 otaqlı evin 2 otağının yanar konstruksiyaları, ev əşyaları 35 kv.m sahədə və bitişik tikilmiş digər vətəndaşa məxsus ümumi 60 kv.m olan 3 otaqlı evin 2 otağının yanar konstruksiyaları və ev əşyaları kv.40 m sahədə yanıb.

Evlərin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti