...

Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb

Hadisə Materials 28 Avqust 2017 13:27 (UTC +04:00)
Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb.
Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb

Bakı. Trend:

Hacıqabulda sənədsiz ov tüfəngləri götürülüb.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, aparılan profilaktiki söhbətlər nəticəsində Hacıqabul şəhər sakinləri, əvvəllər məhkum olunmuş Məcnun Rzayev və Elbrus Abbasov müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngini könüllü olaraq rayon Polis şöbəsinə təhvil veriblər.

Hacıqabul RPŞ əməkdaşlarının daxil olan məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Abdulabad kənd sakini Ağasadıq İsgəndərovdan müvafiq sənədləri olmayan “TOZ-M-18” markalı ov tüfəngi və 1 ədəd patron götürülüb.

Digər əməliyyat tədbirləri ilə Abdulabad kənd sakinləri Murad İbrahimovdan və Sübhan Ağayevdən müvafiq sənədləri olmayan 2 ədəd “TOZ-16” markalı ov tüfəngi götürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti