...

Bakıda mənzildə kişi meyiti tapılıb

Hadisə Materials 29 Avqust 2017 14:14 (UTC +04:00)
Xətaidə mənzildə kişi meyiti tapılıb.
Bakıda mənzildə kişi meyiti tapılıb

Bakı. Trend:

Xətaidə mənzildə kişi meyiti tapılıb.

Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə, Bakının Xətai rayonunda 1 nəfərin bağlı qapı arxasında köməksiz vəziyyətdə qalması barədə məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xüsusi Riskli Xilasetmə Xidmətinin xilasediciləri hadisə yerinə cəlb olunaraq mənzilin qapısını açıb və Nəcəfov Fəxrəddin Fərman oğlunun meyitini aşkar edərək aidiyyəti üzrə təhvil veriblər.

Əməliyyat saat 11:54-də başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti