...

Bakıda avtomobil piyadanı vurub

Hadisə Materials 30 Avqust 2017 12:17 (UTC +04:00)
Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.
Bakıda avtomobil piyadanı vurub

Bakı. Trend:

Bakıda ölümlə nəticələnən yol qəzası baş verib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, avqustun 30-da saat 1 radələrində Nəsimi rayonunun 3-cü Alatava yaşayış sahəsində Bakı şəhər sakini Etibar İsgəndərov idarə etdiyi “Daewoo” markalı avtomobillə yolu keçən Göygöl rayon sakini Fariz Hüseynovu vurub.

Nəticədə piyada hadisə yerində ölüb. Nəsimi RPİ tərəfindən araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti