Bakı. Trend:
Sentyabrın 6-da yerli vaxtla saat 21:43:07-də Zaqataladan 43 km cənubda Gürcüstan ərazisində zəlzələ qeydə alınıb.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verlən məlumata görə, 4.1 bal gücündə baş verən zəlzələnin ocağı 17 kilometr dərinlikdə yerləşib.
Zəlzələ sərhədə yaxın yaşayış məntəqələrində 4-3 bala qədər hiss olunub.