...

Qazaxıstanda avtomobil dəvə ilə toqquşub: 5 ölü

Hadisə Materials 19 Sentyabr 2017 09:02 (UTC +04:00)
Qazaxıstanın Alma-Ata vilayətində "Range Rover" avtomobili dəvə ilə toqquşub
Qazaxıstanda avtomobil dəvə ilə toqquşub: 5 ölü

Bakı. Trend:

Qazaxıstanın Alma-Ata vilayətində "Range Rover" avtomobili dəvə ilə toqquşub.

Trend-in məlumatına görə, bu barədə vilayət Daxili İşlər İdarəsi məlumat yayıb. Məlumata görə, qəza nəticəsində maşının qadın sürücüsü və 3 nəfər sərnişin yerində, 1 nəfər isə daha sonra xəstəxanada olmaqla 5 nəfər ölüb.

Məlumata əsasən, qəzada dəvə də ölüb. Dəvənin sahibi hələ üzə çıxmayıb.

Yol qəzası faktı üzrə cinayət işi başlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti