...

Gürcüstan-Rusiya sərhədində PARTLAYIŞ - Ölən və yaralananlar var

Hadisə Materials 26 Sentyabr 2017 13:07 (UTC +04:00)
Gürcüstan-Rusiya sərhədində partlayış baş verib
Gürcüstan-Rusiya sərhədində PARTLAYIŞ - Ölən və yaralananlar var

Bakı. Trend:

Gürcüstan-Rusiya sərhədində partlayış baş verib.

Trend-in məlumatına görə, hadisə nəticəsində bir nəfər həlak olub, iki nəfər isə yaralanıb. Məlumatı Gürcüstan Daxili İşlər Nazirliyi təsdiqləyib.

Gürcüstan KİV-ləri insidentin qaz balonunun partlaması nəticəsində baş verməsi barədə xəbər yayıblar.

Hadisə ilə bağlı digər təfərrüatlar verilməyib. Araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti