...

İsveç aeroportu həyəcan yaşayır - Təhlükəli əşya aşkar edilib

Hadisə Materials 5 Oktyabr 2017 12:38 (UTC +04:00)
İsveçin Qeteborq şəhər polisi yerli Landvetter aeroportunda təhlükəli əşya aşkar edib.
İsveç aeroportu həyəcan yaşayır - Təhlükəli əşya aşkar edilib

Bakı. Trend:

İsveçin Qeteborq şəhər polisi yerli Landvetter aeroportunda təhlükəli əşya aşkar edib. Trend-in məlumatına görə, hazırda polis həmin əşyanı tədqiq edir.

Qeteborq polisinin media üçün yaydığı məlumatda deyilir ki, təhlükəsizlik nəzarəti aparatı həmin əşyaya təhlükəli predmet olaraq siqnal reaksiyası verib.

Hadisə ilə əlaqədar aeroportda uçuş zalının ətrafı nəzarətə götürülüb.

Əşya ilə bağlı başqa detal açıqlanmayıb.

Xəbər lenti

Xəbər lenti