Bakı. Trend:
Abşeronda yanğın olub.
Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Abşeron rayonunda ümumi sahəsi 25 kv.m olan birmərtəbəli 1 otaqlı evin yanar konstruksiyaları və 10 kv.m olan köməkçi tikili yanıb.
Yaxınlıqdakı tikililər yanğından mühafizə olunub. Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.