...

Xaçmazda 4 otaqlı ev yanıb

Hadisə Materials 8 Oktyabr 2017 19:07 (UTC +04:00)
Xaçmazda yanğın qeydə alınıb
Xaçmazda 4 otaqlı ev yanıb

Bakı. Trend:

Xaçmazda yanğın qeydə alınıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Xaçmaz şəhərində ümumi sahəsi 160 m2 olan birmərtəbəli 4 otaq və aynabənddən ibarət evin aynabəndinin yanar konstruksiyaları 110 m2 sahədə və dam örtüyü 90 m2 sahədə yanıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğınsöndürənlər tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti