...

Xəzərdə 1 nəfər batıb

Hadisə Materials 24 Oktyabr 2017 18:10 (UTC +04:00)
Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.
Xəzərdə 1 nəfər batıb

Bakı. Trend:

Xəzərdə 1 nəfər batıb.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə daxil olmuş məlumata əsasən, Bakı şəhəri, Xəzər rayonunda 1 nəfərin dənizdə batdığı ehtimal olunur.

Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-xilasediciləri hadisə yerinə cəlb olunaraq axtarışlar aparıblar. Axtarışlar nəticə verməyib.

Nazirlik qeyd edir ki, hadisə ilə bağlı əlavə məlumat veriləcək.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti