...

Sumqayıtda külli miqdarda hərbi sursat tapılıb (FOTO)

Hadisə Materials 29 Oktyabr 2017 13:55 (UTC +04:00)
Sumqayıtda çoxlu sayda hərbi sürsat tapılıb
Sumqayıtda külli miqdarda hərbi sursat tapılıb (FOTO)

Bakı. Trend:

Sumqayıtda çoxlu sayda hərbi sürsat tapılıb.

Ərazilərin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, 28 Oktyabr 2017-ci il tarixində Fövqəladə Hallar Nazirliyinin Böhran Vəziyyətlərində İdarəetmə mərkəzindən Agentliyə Sumqayıt şəhərində silah-sursatın olması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə su kanalın kənarına baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 367 ədəd partlamamış hərbi sursat (1 ədəd F-1 əl qumbarası, 1 ədəd UZRQM partladıcısı, 350 ədəd 7.62 mm-lik patron və 15 ədəd 12 mm-lik patron), 1 ədəd AKM avtomatı, 2 ədəd Vinçestr Stinger markalı tüfəng, 1 ədəd TT markalı tapança və 1 ədəd kustar üsulla hazırlanmış silah aşkar edilmiş, silahlar Sumqayıt şəhər polis şöbəsinə təhvil verilmiş, partlamamış hərbi sursatlar isə Agentliyin mütəxəsisləri tərfindən götürülərək mərkəzi məhvetmə ərazisinə daşınıb.

Aşkar olunan silah-sursatın ətrafında 50 kv.m əraziyə yerüstü baxış keçirilib, bundan əlavə təhlükəli əşya və qurğu aşkar edilməyib.

Ümumilikdə Agentlik tərəfindən 01 yanvar – 28 Oktyabr 2017-ci il tarixlərində Ağdam, Ağcabədi, Ağstafa, Füzuli, Şamaxı, Xızı, Beyləqan, Bərdə, Hacıqabul, Tovuz, Qazax, Qəbələ, Yevlax, Goranboy, Gədəbəy, Qaradağ, Daşkəsən, Salyan, Şəmkir, Göygöl, Lənkəran və Cəbrayıl rayonları, Bakı, Sumqayıt, Lənkəran, Gəncə, Mingəçevir, Şirvan və Tərtər şəhərlərində 14 otlaq sahəsinə, 13 əkin sahəsinə, 1 bağçılıq sahəsinə, 1 fermaya, 1 hərbi hissənin yaxınlığına, 1 gəmilərin yanalma məntəqəsinə, 1 su nasos stansiyası yaxınlığına, 169 ev və həyətyanı sahəyə, 1 kənd orta məktəbinin həyətinə, bankın zirzəmisinə, su arxına, Daş bazarının yaxınlığına, Gəncə 2 saylı təcridxananın qarşısına, Norm Sement zavodunun ərazisinə, STP MMC-ə məxsus metal əritmə zavodunun ərazisinə, Qarqar çayının sahilinə, rabitə xəttinin çəkiləcəyi əraziyə, keçmiş hərbi şəhərciyə, ″Röyal Park″ yaşayış massivinə, suvarma və drenaj kanalının ətrafına, dəniz və çay sahilinə, yol kənarına, yeni avtomobil yolunun çəkiləcəyi əraziyə, beton zadonun ərazisinə, avtobaza ərazisinə, körpü ərazisinə, istirahət mərkəzinə, qəbirstanlığa, yaşayış binasının yaxınlığına baxış keçirilib, 7 504 ədəd partlamamış hərbi sursat, 200 ədəd tank əleyhinə mina və 32 ədəd piyada əleyhinə mina aşkar olunaraq zərərsizləşdirilmiş, 4727907 kv.m ərazi (750123 kv.m əl ilə, 1607140 kv.m mexaniki üsulla, 113 000 kv.m SENSYS dərinlik ölçən cihazı və 2 257 644 kv.m minaaxtaran itlərin dəstəyi ilə) yoxlanılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti