...

Ölümlə nəticələnən qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Hadisə Materials 2 Noyabr 2017 14:39 (UTC +04:00)
Ölümlə nəticələnən qəza törədib hadisə yerindən qaçan sürücü tutulub.
Ölümlə nəticələnən qəza törədib hadisə yerindən qaçan sürücü tutulub

Bakı. Trend:

Ölümlə nəticələnən qəza törədib hadisə yerindən qaçan sürücü tutulub.

Bakı şəhər Prokurorluğu və şəhər Baş Polis İdarəsindən Trend-ə verilən birgə məlumatda deyilir ki, Xəzər rayonunun polis və prokurorluq əməkdaşları tərəfindən həyata keçirilmiş təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri nəticəsində rayon ərazisində yol nəqliyyat hadisəsi törədərək hadisə yerindən qaçmış sürücü tutularaq istintaqa cəlb edilib.

Noyabrın 1-də Xəzər rayonu ərazisində Cəbrayılov Elşən Mustafa oğlunun idarə etdiyi “VAZ-2101” markalı 10-FT-197 dövlət nömrə nişanlı avtomobillə yolu keçmək istəyən piyada Qəribov Ceyhun Tərlan oğlunu vurması nəticəsində sonuncunun aldığı bədən xəsarətlərindən hadisə yerində ölməsi və sürücünün hadisə yerindən qaçması faktına görə, rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2 (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma, ehtiyatsızlıqdan zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) və 264-cü (yol nəqliyyat hadisəsi yerindən qaçma) maddələri ilə cinayət işi başlanıb.

Aparılmış təxirəsalınmaz istintaq-əməliyyat tədbirləri nəticəsində E.Cəbrayılov noyabrın 2-də şübhəli şəxs qismində tutularaq istintaqa cəlb edilib.

Hazırda iş üzrə zəruri istintaq tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti