...

Ağstafada minaatan mərmisi aşkarlanıb (FOTO)

Hadisə Materials 6 Noyabr 2017 18:52 (UTC +04:00)
Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursat tapılıb.
Ağstafada minaatan mərmisi aşkarlanıb (FOTO)

Bakı. Trend:

Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursat tapılıb.

Azərbaycan Respublikası Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən xəbərə görə, Daxili İşlər Nazirliyinin ″102″ Xidməti-Zəng mərkəzi sistemindən Agentliyə Ağstafa rayonu, Soyuqbulaq kəndi ərazisində 1 ədəd partlamamış hərbi sursatın olması barədə məlumat daxil olub.

Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən həmin ərazidə hərbi şəhərciyə baxış keçirilib, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 160 mm-lik minaatan mərmisi (OF-853A) aşkar edilib, zərərsizləşdirilməsi üçün götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti