...

İranda zəlzələ nəticəsində ölənlərin sayı 440-ı ötüb (YENİLƏNİB-9) (FOTO/VİDEO)

Hadisə Materials 13 Noyabr 2017 20:47 (UTC +04:00)
Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445-ə çatıb.
İranda zəlzələ nəticəsində ölənlərin sayı 440-ı ötüb (YENİLƏNİB-9) (FOTO/VİDEO)

İlk xəbər saat 03:09-da yayılıb

Bakı. Trend:

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 445-ə çatıb. Trend-in yerli mətbuata istinadən məlumatına görə, 7 mindən artıq yaralı var.

X X X

Son məlumata görə, İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 407-ə çatıb.

Trend-in məlumatına görə, bu rəqəm İranın yerli mediası tərəfindən səsləndirlib.

Yaralıların sayı isə təxminən 6700 qeyd olunur.

X X X

Noyabrın 12-də axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 372 nəfərə çatıb.

Trend-in IRINN telekanalına istinadən verdiyi məlumata görə, təbii fəlakət nəticəsində təqribən 6000 iranlı xəsarət alıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində ölənlərin sayı 7-yə, yaralananların sayı isə 425 nəfərə çatıb.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

X X X

12:31

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 328 nəfərə çatıb.

Trend-in məlumatına görə, təbii fəlakət nəticəsində təqribən 2500 nəfər xəsarət alıb. 70 min iranlı evsiz qalıb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 6 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

X X X

09:17

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində, o cümlədən Kirmanşahda ölənlərin sayı 207-yə çatıb.

Trend-in məlumatına görə, bu rəqəm İranın Press TV telekanalında səsləndirilib.

Yaralıların sayı isə 1680-i ötüb.

İraqın şimalında isə təbii fəlakət nəticəsində 4 nəfər ölüb, 200-dən çox yaralı var.

Xatırladaq ki, zəlzələ 7,4 bal gücündə qeydə alınıb.

X X X

Ötən gün axşam saatlarında İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranın qərb əyalətlərində ölənlərin sayı 164-ə çatıb.

Bu barədə Trend İranın Press TV telekanalına istinadən məlumat verir.

X X X

07:29

İraqla sərhəddə baş vermiş zəlzələ nəticəsində İranda 141 nəfər həlak olub, mindən çox insan yaralanıb. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən xəbər verir.

X X X

05:42

İran-İraq sərhədində baş vermiş güclü zəlzələ nəticəsində İranda həlak olanların sayı 129-a çatıb. Bu barədə Trend "Fars" xəbər agentliyinə istinadən məlumat verir.

Daha öncə 93 nəfərin öldüyü bildirilirdi.

X X X

04:17

İran-İraq sərhədində baş vermiş zəlzələ nəticəsində ölənlərin sayı 93-ə çatıb, mindən çox adam yaralanıb.

Trend-in Press TV-yə istinadən verdiyi məlumata əsasən, bunu xilasedicilər bildirib.

Yaradılan Böhran Mərkəzinin məlumatına görə, zəlzələnin əsas zərbəsi İranın qərbində yerləşən Kirmanşah və İlam əyalətlərinə düşüb. Məhz İlam, Kirmanşah və Qəsri Şirin şəhərlərində ən böyük dağıntılar qeydə alınıb.

X X X

03:09

İran-İraq sərhədində baş verən güclü zəlzələ nəticəsində 61 nəfər ölüb, daha 300 nəfər isə yaralanıb.

Trend-in məlumatına görə, bunu İran FHN-in nümayəndəsi ISNA agentliyinə bildirib.

Xatırladaq ki, İran-İraq sərhədində 7,4 bal gücündə zəlzələ baş verib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti