...

Rusiyada barıt zavodunda yanğın olub

Hadisə Materials 22 Noyabr 2017 09:26 (UTC +04:00)
Kazanda barıt zavodunda yanğın olub
Rusiyada barıt zavodunda yanğın olub

Bakı. Trend:

Kazanda barıt zavodunda yanğın olub. Trend-in məlumatına görə, səhər saatlarında zavodda yanğın başlaması barədə Rusiyanın Tatarıstan üzrə Fövqəladə Xidməti xəbər yayıb.

Məlumata görə, zavoda yaxın ərazidə yaşayanlar üçün təhlükə olmadığı bildirilib.

Yanğın nəticəsində xəsarət alanlar barədə məlumat yoxdur.

Yanğının hansı səbədən baş verməsi məlum deyil. İnsidentlə bağlı araşdırma başlayıb.

Xəbər lenti

Xəbər lenti