...

Külli miqdarda pirotexniki və tezalışan mal dövriyyədən çıxarılıb (VİDEO)

Hadisə Materials 13 Dekabr 2017 19:29 (UTC +04:00)
Faktla bağlı araşdırma aparılır.
Külli miqdarda pirotexniki və tezalışan mal dövriyyədən çıxarılıb (VİDEO)

Bakı. Trend:

Gömrükçülər ölkə ərazisinə qaçaqmalçılıq yolu ilə gətirilən və mülki dövriyyəsi məhdudlaşdırılan, istifadəsi yüksək səs-küylə müşayiət olunan və insan sağlamlığına mənfi təsir göstərən külli miqdarda pirotexniki və tezalışan malları dövriyyədən çıxarıblar.

Dövlət Gömrük Komitəsindən Trend-ə verilən məlumata görə, Sumqayıt Baş Gömrük İdarəsinin Gömrük hüquqpozmalarına qarşı mübarizə şöbəsinə daxil olan məlumat əsasında, "Sədərək" ticarət mərkəzinin ərazisində əməliyyat tədbiri keçirilib.

Nəticədə, bazar ərazisindən 30.700 ədəd müxtəlif formalı pirotexniki vasitə - fitilli petarda və 1870 ədəd müxtəlif ölçülü fişənglər aşkar edilərək dövriyyədən çıxarılıb.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti