...

Bakıda 2 otaqlı ev yanıb, ev sahibi tüstüdən zəhərlənib

Hadisə Materials 14 Dekabr 2017 01:46 (UTC +04:00)
Bakıda yanğın qeydə alınıb
Bakıda 2 otaqlı ev yanıb, ev sahibi tüstüdən zəhərlənib

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

Trend Fövqəladə Hallar Nazirliyinin saytına istinadən xəbər verir ki, Bakı şəhəri, Binəqədi rayonunda ümumi sahəsi 50 m² olan birmərtəbəli 2 otaqlı evin 1 otağında 1 ədəd divan yanıb.

Yanğın zamanı ev sahibi tüstüdən yüngül zəhərlənmiş halda Bakı şəhər Təcili Təxirəsalınmaz Tibbi Yardım Stansiyasının əməkdaşları tərəfindən Respublika Toksikologiya Mərkəzinə aparılıb.

Evin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Xəbər lenti

Xəbər lenti