...

FHN-dən Dəmir Yolu Vağzalındakı bomba xəbəri ilə bağlı AÇIQLAMA - Axtarış davam etdirilir

Hadisə Materials 21 Dekabr 2017 15:22 (UTC +04:00)
Fövqəladə Hallar Nazirliyi Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yayıb.
FHN-dən Dəmir Yolu Vağzalındakı bomba xəbəri ilə bağlı AÇIQLAMA - Axtarış davam etdirilir

Bakı. Samir Əli - Trend:

Fövqəladə Hallar Nazirliyi Bakı Dəmir Yolu Vağzalına bomba qoyulması ilə bağlı məlumat yayıb.

Nazirkdən Trend-ə verilən məlumatda bildirilir ki, Daxili İşlər Nazirliyinin Dəmir Yolu Nəqliyyatında Polis idarəsinin növbətçi hissəsinə Bakı Dəmir Yolu Vağzalının ərazisində yerləşən kafelərdən birində partlayıcı qurğu yerləşdirilməsi ilə bağlı məlumat daxil olub.

Fövqəladə Hallar Nazirliyi tərəfindən görülən operativ və təxirəsalınmaz tədbirlər nəticəsində Xüsusi Riskli Xilasetmə Xidmətinin müvafiq xilasetmə qüvvələri həmin ünvana cəlb olunub, aidiyyəti qurumlar məlumatlandırılb.

Fövqəladə Hallar Nazirliyinin mütəxəssisləri aidiyyəti qurumların əməkdaşları ilə birgə zəruri təhlükəsizlik tədbirləri görüblər. Hazırda axtarış işləri davam etdirilir. Əlavə məlumat veriləcək.

Xəbər lenti

Xəbər lenti