...

Dayanacaqda avtobus gözləyirdi - pulu və sənədi oğurlandı

Hadisə Materials 8 Yanvar 2018 13:15 (UTC +04:00)
Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.
Dayanacaqda avtobus gözləyirdi - pulu və sənədi oğurlandı

Bakı. Trend:

Yanvarın 6-da Sumqayıt şəhərinin 2-ci mikrorayon ərazisindəki dayanacaqlardan birində şəhər sakini Yusif Salmanov içərisində 470 manat, sənəd və məişət əşyası olan sellofan torbasının oğurlanması barədə ŞPİ-nin 4-cü Polis Bölməsinə müraciət edib.

Daxili İşlər Nazirliyindən Trend-ə verilən məlumata görə, polis əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluğu törətməkdə şübhəli bilinən şəxs “isti izlərlə”müəyyən edilib və şəhər sakini, əvvəllər məhkum olunmuş Nuru Həsənov saxlanılıb.

Faktla bağlı cinayət işi başlanıb. Sumqayıt ŞPİ-nin İstintaq şöbəsində araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti