...

ABŞ-da güclü yağış 13 nəfəri öldürdü (YENİLƏNİB)

Hadisə Materials 10 Yanvar 2018 04:38 (UTC +04:00)
ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb
ABŞ-da güclü yağış 13 nəfəri öldürdü (YENİLƏNİB)

Bakı. Trend:

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində ölənlərin sayı 13 nəfərə çatıb.

Trend-in məlumatına görə, bu barədə Santa Barbara dairəsi şerifinin ofisinin nümayəndəsi Kelli Xuver deyib.

O həmçinin əlavə edib ki, təbii fəlakət nəticəsində daha 25 nəfər xəsarət alıb.

50 nəfərin xilas edildiyi bildirilir.

Bölgə rəhbərliyi əhalini yeni daşqınların mümkünlüyü barədə xəbərdar edib.

XXX

22:04

ABŞ-ın Kaliforniya ştatında leysan yağışlarının səbəb olduğu sel axınları nəticəsində 3 nəfər ölüb.

Trend-in məlumatına görə, bölgədə bir neçə avtomobil yolu yararsız hala düşüb.

Xilasetmə xidmətlərinə itkin düşənlər barədə çox sayda məlumatların daxil olduğu bildirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti