...

Goranboyda minaatan mərmisi tapılıb (FOTO)

Hadisə Materials 23 Yanvar 2018 17:57 (UTC +04:00)
Goranboyun Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılıb.
Goranboyda minaatan mərmisi tapılıb (FOTO)

Bakı. Trend:

Goranboyun Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılıb..

Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentlikdən (ANAMA) Trend-ə verilən məlumata görə, Xocalı RİH-dən Agentliyə Goranboy rayonu, Qaraçinar kəndi ərazisində yerləşən 1 saylı sahə məntəqəsinin inzibati ərazisində 1 ədəd mərminin tapılması barədə məlumat daxil olub.

Məlumata əsasən Agentliyin xüsusi mobil çevik əməliyyat qrupu dərhal həmin əraziyə göndərilib.

Agentliyin mütəxəssisləri tərəfindən yuxarıda adı qeyd olunmuş əraziyə baxış keçirilmiş, aparılan təcili təxirəsalınmaz operativ əməliyyat axtarış tədbirləri nəticəsində 1 ədəd 82 mm-lik minaatan mərmisi (OF-832) aşkar olunub, götürülərək Agentliyin mərkəzi məhvetmə ərazisinə daşınıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti