...

Bakıda bir otaqlı ev yanıb, 2 nəfər xilas edilib

Hadisə Materials 25 Yanvar 2018 08:16 (UTC +04:00)
Bakı şəhərində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib.
Bakıda bir otaqlı ev yanıb, 2 nəfər xilas edilib

Bakı. Trend:

Bakı şəhərində ikimərtəbəli evin 2-ci mərtəbəsində yanğın baş verib.

Trend-in FHN-in saytına istinadən verdiyi məlumata əsasən, paytaxtın Nəsimi rayonunda ümumi sahəsi 300 m² olan ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 12 m² olan 1 otaqlı mənzilin yanar konstruksiyaları və dəhliz 3 m² sahədə yanıb.

Digər mənzillər yanğından mühafizə olunub. Yanğın zamanı 2 nəfər bina sakini yanğınsöndürənlər tərəfindən xilas edilib. Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti