...

Balakəndə əməliyyat keçirilib: Narkotik və silah götürülüb

Hadisə Materials 29 Yanvar 2018 12:55 (UTC +04:00)
Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar.
Balakəndə əməliyyat keçirilib: Narkotik və silah götürülüb

Bakı. Trend:

Balakən Rayon Polis Şöbəsi əməkdaşlarının əldə edilmiş məlumat əsasında keçirdikləri əməliyyat tədbirləri nəticəsində Qazma kənd sakinləri Yusif Mirəliyev, Təbriz Hüseynov və Rauf Davudov narkotik vasitə satarkən saxlanılıblar.

Daxili İşlər Nazirliyinin mətbuat xidmətindən Trend-ə verilən məlumata görə, baxış zamanı onlardan satmaq istədikləri və üzərlərində olan marixuana götürülüb.

Davam etdirilən əməliyyat-axtarış tədbirləri ilə Y.Mirəlyevin yaşadığı evə baxış keçirilib. Oradan 24 qram marixuana və çətənə kolu, habelə müvafiq sənədləri olmayan “BUM” markalı ov tüfəngi və 5 ədəd patron aşkar edilib.

Faktla bağlı cinayət işi başlanılıb.

Saxlanılan şəxslər maddi sübutlarla birgə istintaqa təhvil veriliblər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti