...

Avtomobil ağaca çırpıldı, sürücü sıxılmış vəziyyətdə qaldı

Hadisə Materials 7 Fevral 2018 07:18 (UTC +04:00)
Şəki rayonu ərazisində avtomobil ağaca çırpılıb
Avtomobil ağaca çırpıldı, sürücü sıxılmış vəziyyətdə qaldı

Bakı. Trend:

Şəki rayonu ərazisində avtomobil ağaca çırpılıb.

Trend-ə FHN-in mətbuat xidmətindən verilən məlumata görə, Şəki rayonu, Köbər Zəyzid kəndində "VAZ" markalı minik avtomobili yol qəzası nəticəsində ağaca çırpılıb. Nəticədə avtomobildə sıxılmış vəziyyətdə qalmış sürücü yanğınsöndürən-xilasedicilər tərəfindən avtomobildən çıxarılmış və aidiyyətı üzrə təhvil verib.

Əməliyyat başa çatıb.​

Məqalədə:
Xəbər lenti

Xəbər lenti