...

Bakıda 6 otaqlı ev yanıb

Hadisə Materials 9 Mart 2018 23:33 (UTC +04:00)

Bakı. Trend:

Bakıda yanğın qeydə alınıb.

FHN-dən Trend-ə daxil olan məlumata görə, Bakı şəhəri, Xəzər rayonunda ümumi sahəsi 90 m2 olan birmərtəbəli 6 otaqlı evin dam örtüyünün yanar konstruksiyaları 30 m2 sahədə, bir otağının tavanı 12 m2 sahədə və ev əşyaları yanıb, yüksək temperaturdan dəhlizin, hamamın və mətbəxin lambirdən ibarət tavanı 25 m2 sahədə əriyib.

Evin qalan hissəsi yanğından mühafizə olunub.

Yanğın yanğın bölmələri tərəfindən söndürülüb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti