Maşın partladı - 6 polis öldü

Hadisə Xəbər 14 Mart 2018 10:18 (UTC +04:00)

Bakı. Trend:

Əfqanıstanın cənubunda partlayış baş verib.

Trend-in məlumatına görə, Gilmənd vilayətinin Nad Əli rayonunda avtomobilin partlaması nəticəsində 6 polis həlak olub.

Məlumata görə, partlayışı terrorçu-kamikadze həyata keçirib.

İnsidentlə bağlı başqa təfərrüatlar məlum deyil.

Partlayışa görə hələlik heç bir qruplaşma məsuliyyəti öz üzərinə götürməyib.

Məqalədə:

Xəbər lenti

Xəbər lenti