...

Filippində avtobus dərəyə düşdü, 19 nəfər həlak oldu

Hadisə Materials 21 Mart 2018 06:41 (UTC +04:00)
Filippində yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb
Filippində avtobus dərəyə düşdü, 19 nəfər həlak oldu

Bakı. Trend:

Filippində yol-nəqliyyat hadisəsi nəticəsində 19 nəfər həlak olub, daha 25 nəfər xəsarət alıb.

Trend-in məlumatına görə, qəza yerli vaxtla saat 09.30-da Qərbi Mindorro əyalətində baş verib.

Avtobusun hərəkət zamanı yoldan çıxdığı və dərəyə düşdüyü bildirilir.

Yaralılar xəstəxanaya çatdırılıb.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti