...

Ankara-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı (FOTO)

Hadisə Materials 28 Mart 2018 10:35 (UTC +04:00)
Güclü təsir edən maddələrin gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısı alınıb.
Ankara-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı saxlanıldı (FOTO)

Bakı. Samir Əli - Trend:

Hava Nəqliyyatında Baş Gömrük İdarəsinin əməkdaşları külli miqdarda güclü təsir edən maddənin Azərbaycan Respublikasının gömrük sərhədindən bəyan etməməklə keçirilməsinə cəhdin qarşısını alıblar.

DGK-dan Trend-ə verilən məlumata görə, Ankara-Bakı aviareysilə gələn Azərbaycan vətəndaşı gömrük nəzarətindən keçərkən onun baqajı "X-Ray" aparatıyla yoxlanılıb. Yoxlama zamanı, vətəndaşa məxsus çamadandakı əşyaların təsvirləri və özünün hərəkətləri şübhə doğurduğu üçün o, gömrük əməkdaşları tərəfindən saxlanılıb. Yükün təkrar yoxlanılması nəticəsində isə sellofanlara bükülmüş vəziyyətdə, üzərində "LYRICA Pfızer Pregabalin 300 mg kapsül" sözləri yazılmış 120 konvalyut - cəmi 1680 ədəd kapsul aşkar edilib.

Ədliyyə Nazirliyi Məhkəmə Ekspertizası Mərkəzinin arayışına əsasən, aşkar edilən kapsullar preqabalin adlı dərman preparatıdır. Ümumi sayı 1680 ədəd olan kapsulda preqabalinin təsiredici maddəsinin ümumi miqdarı 504 qram təşkil edir.

Xatırladaq ki, preqabalin Azərbaycan Respublikasının müvafiq qanunu ilə təsdiq edilmiş "Güclü təsir edən maddələrin və onların külli miqdarının Siyahısı"na daxildir.

Faktla bağlı araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti