...

Bakıda itkin düşmüş ərəb turisti tapıldı

Hadisə Materials 28 Mart 2018 11:11 (UTC +04:00)
Bakıda itkin düşmüş ərəb turisti tapıldı.
Bakıda itkin düşmüş ərəb turisti tapıldı

Bakı. Trend:

Bakıda itkin düşmüş ərəb turisti tapılıb.

DİN-dən Trend-ə verilən məlumata görə, martın 27-də Nəsimi Rayon Polis İdarəsinin 21-ci Polis Bölməsinə müraciət edən ölkəmizə turist kimi gəlmiş, paytaxt ərazisindəki otellərin birində yaşayan Birləşmiş Ərəb Əmirlikləri vətəndaşı olan qadın 19 yaşlı oğlu, daun sindromlu Sultan Abdulla Mohamedin həmin gün səhər saatlarında oteldən çıxaraq itkin düşdüyünü bildirib.

Məlumatla əlaqədar dərhal əməliyyat-axtarış tədbirlərinə başlanılıb.

Sultan Abdulla Mohamed Səbail rayonu ərazisində tapılaraq anasına təhvil verilib.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti