...

Rusiyada 22 mindən çox adam işıqsız qalıb - Qara görə

Hadisə Materials 28 Mart 2018 12:37 (UTC +04:00)
Rusiyanın Amur vilayətində 22 mindən çox adam işıqsız qalıb.
Rusiyada 22 mindən çox adam işıqsız qalıb - Qara görə

Bakı. Trend:

Rusiyanın Amur vilayətində 22 mindən çox adam işıqsız qalıb.

Trend-in məlumatına görə, bu barədə Rusiya Energetika Nazirliyi bildirib. Qeyd olunur ki, vilayət sakinlərinin elektrik enerjisiz qalmasına səbəb güclü qar yağması olub.

Daha öncə 19 rayonda 34 minə yaxın sakinin işıqsız qalması barədə xəbər verilmişdi. Lakin səhər saatlarından başlayaraq qəza xidmətləri qar səbəbindən yaranmış problemlərin aradan qaldırılması istiqamətində çalışır.

Hazırda Balqoveşenski, Svobodnenski, Mixaylov və Tambov rayonlarında yaşayış evləri və obyektlərin elektrik enerjisi ilə təminatında problemlər qalmaqdadır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti