...

Bakıda mobil telefon oğrusu saxlanıldı (FOTO)

Hadisə Materials 6 Aprel 2018 12:23 (UTC +04:00)
Elektron avadanlıqlar satılan mağazalardan birindən 1800 və 1600 manatlıq 4 ədəd mobil telefon oğurlayan şəxs saxlanılıb.
Bakıda mobil telefon oğrusu saxlanıldı (FOTO)

Bakı. Trend:

Paytaxtın Nəsimi rayonu Moskva prospektində yerləşən elektron avadanlıqlar satılan mağazalardan birindən soyğunçuluq edilib.

DİN-dən Trend-ə verilən məlumata görə, mağazaya daxil olan naməlum şəxs orada satış üçün nəzərdə tutulan hər birinin qiyməti 1800 və 1600 manat olan 2 ədəd “Samsung” markalı mobil telefon götürərək oradan qaçıb.

Hadisə barədə Nəsimi Rayon Polis İdarəsinə məlumat daxil olan kimi həmin şəxsin axtarışlarına başlanılıb. Həyata keçirilən əməliyyat-axtarış tədbiri nəticəsində, qeyd edilən cinayəti törətməkdə şübhəli bilinən Göyçay rayon sakini Yusif Sadıqov saxlanılıb. İlkin ifadəsində saxlanılan şəxs törətdiyi əməli etiraf edib və ələ keçirdiyi mobil telefonları satdığını bildirib. Həmçinin Y.Sadıqov həmin mağazanın paytaxtın Nizami rayonunda yerləşən filialından da iki ədədn eyni markalı mobil telefon oğurladığını bildirib. Faktla bağlı Cinayət Məcəlləsinin müvafiq maddələri ilə cinayət işi başlanılıb, araşdırmalar aparılır.

Polis əməkdaşları soyğunçuluq etməkdə şübhəli bilinən bu şəxsin digər cinayətlərdə iştirak etdiyini də istisna etmir. Onun qanunsuz əməllərindən zərərçəkən başqa vətəndaşlar varsa, bu barədə Daxili işlər Nazirliyinin “102” Zəng Mərkəzinə və ya Nəsimi RPİ-nə müraciət edə bilərlər.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti