Bakı. Trend:
Meksikanın Puebla ştatında Tlanepantla şəhərinin meri Xose Efrain Qarsiya öldürülüb.
Trend-in verdiyi xəbərə görə, bu barədə yerli polisin yaydığı məlumatda deyilir.
Məlumata əsasən, merin olduğu maşına digər maşından atəş açılıb.
Qarsiya xəstəxanaya çatdırılsa da, onun həyatını xilas etmək mümkünolmayıb.