Bakı. Trend:
ABŞ-ın Cənubi Karolina ştatında həbsxanaların birində toqquşmalar baş verib.
Trend-in məlumatına görə, toqquşmalar nəticəsində 7 məhbusun öldüyü bildirilir.
Məlumata görə, daha 17 məhbus yaralanıb.
Toqquşmalar baş verən "Lee Correctional" islah müəssisəsinin nümayəndəsi insidentin gecə saatlarında baş verdiyini təsdiqləyib. Lakin qarşıdurmanın hansı səbəbdən baş verməsi barədə bildirilməyib.