Bakı. Trend:
Afinada yunan mafiyasının xaç atası qətlə yetirilib.
Trend-in məlumatına görə, 45 yaşlı mafioz Yorqos Liços Kalaşnikov avtomatından açılan atəş nəticəsində öldürülüb.
8 güllə yarası alan mafioz xəstəxanada keçinib.
Bildirilir ki, onun qətli sifarişli olub. Onun keçmiş mafiya başçısı Vasilis Stefanakisin ölümündə adı hallanır.
Liçosun 217 nəfərlik cinayətkar qrupu var idi.