...

31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO

Hadisə Materials 3 May 2018 16:06 (UTC +04:00)
Vasif Nağıyev aprelin 28-də itkin düşüb.
31 yaşlı Şirvan sakini itkin düşüb - FOTO

Bakı. Trend:

31 yaşlı Şirvan sakini itkin düşüb.

Daxili İşlər Nazirliyinin (DİN) mətbuat xidmətinin Şirvan regional qrupundan Trend-ə verilən məlumata görə, Şirvan şəhər sakini, 31 yaşlı Vasif Nağıyev cari il aprelin 28-də yaşadığı evdən siqaret çəkmək adı ilə çıxaraq bir daha geri qayıtmayıb.

V.Nağıyevin əlamətləri belədir: Boyu 172 sm, qara saçlı, gözlərinin rəngi qəhvəyidir. Evdən çıxarkən əynində qara rəngli gödəkçə, boz rəngli şalvar və qara ayaqqabı olub.

Şəkildə gördüyünüz şəxsi tanıyanlardan və barəsində məlumatı olanlardan DİN-in “102 Zəng Mərkəzi” Xidmətinə, həmçinin Şirvan Şəhər Polis Şöbəsinə 021-215-14-50 şəhər və (051) 425-28-01 mobil nömrələrinə zəng vuraraq məlumat vermələri xahiş olunur.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti