Bakı. Trend:
Saatlıda 3,1 bal gücündə zəlzələ olub.
Respublika Seysmoloji Xidmət Mərkəzindən Trend-ə verilən məlumata görə, ilkin məlumatlara əsasən, yerli vaxtla saat 03:29-da Saatlı rayonu ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ ocağının dərinliyi 24 km olub. Zəlzələ hiss olunmayıb.