...

Ağsunun Bico kəndində güllələnmə baş verib

Hadisə Materials 29 May 2018 11:44 (UTC +04:00)
Ağsu rayonunun Bico kəndində yaşayan Murad İmamalıyevin tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə hadisə yerində ölüb
Ağsunun Bico kəndində güllələnmə baş verib

Bakı. Trend:

Mayın 28-də Ağsu rayonunun Bico kəndində yaşayan Bəyalı İmamalıyevin evində azyaşlı oğlu Murad tüfənglə oynayarkən açılmış atəşdən anası Samirə boyun nahiyəsindən xəsarət alıb və hadisə yerində ölüb.

DİN-dən Trend-ə verilən məlumata görə, Ağsu RPŞ-nin əməkdaşları tərəfindən hadisə yerindən B.İmamalıyevə məxsus müvafiq sənədləri olan “MR-155” markalı ov tüfəngi, 4 ədəd patron və 1 giliz aşkar edilərək götürülüb.

Faktla əlaqədar Cinayət Məcəlləsinin 124-cü (ehtiyatsızlıqdan adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.

Araşdırma aparılır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti