...

Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutuldu

Hadisə Materials 30 May 2018 13:44 (UTC +04:00)
Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutulub.
Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutuldu

Bakı. Trend:

Xudatda evdən xeyli miqdarda tikinti materilları oğurlayan şəxs tutulub.

DİN Mətbuat Xidmətinin Quba regional qrupundan Trend-ə verilən məlumata görə, Xaçmaz Rayon Polis Şöbəsinə rayonun Xudat şəhəri ərazisindəki evlərdən birindən oğurluq törədilməsi barədə məlumat daxil olub.

Hadisə yerinə dərhal istintaq-əməliyyat qrupu gəlib, evə baxış keçirilib, digər zəruri tədbirlər görülüb.

Bu zaman mənzildən və həyətdən müxtəlif növ tikinti materialları, o cümlədən 2 plastik qapı, 1 ədəd lagonda və drel, 1 ədəd su nasosu, 200 litrlik su çəni, 30 metrlik dəmir boru, 36 kisə sement və məişət avadanlıqları oğurlanaraq ev sahibinə xeyli miqarda maddi ziyan vurulduğu müəyyən edilib.

Polis əməkdaşları tərəfindən oğurluğu torətməkdə şübhəli bilinən şəhər sakini, əvvəllər məhkum olunmuş Oruc Nəsirullayev saxlanılıb.

Araşdırma zamanı o, törətdiyi cinayəti etiraf edib. Oğurladığı tikinti materiallarının bir qismi maddi sübut kimi ondan götürülüb.

Faktla bağlı istintaq-əməliyyat tədbirləri davam etdirilir.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti