Bakı. Trend:
Niderlandın Leuden şəhərində maraqlı yerdən maraqlı predmet oğurlanıb. Belə ki, Trend-in məlumatına görə, Elm və səhiyyə muzeyindən ölümcül zəhər oğurlanıb.
Bildirilir ki, "kurare" adlı zəhər şüşə qabda seyfin içərisində saxlanılırmiş.
Hazırda polis zəhərin oğurlanması ilə bağlı araşdırmalara başlayıb.
Qeyd edək ki, "kurare" zəhərini Cənubi Amerika hinduları ov zamanı ox ucluqlarına sürtürdülər. Niderlandda isə bu zəhər növü evtanaziya zamanı istifadə olunur.