...

Bakıda intihara cəhd edən şəxs xilas edildi (YENİLƏNİB)

Hadisə Materials 30 İyul 2018 11:34 (UTC +04:00)
Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi körpünun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.
Bakıda intihara cəhd edən şəxs xilas edildi (YENİLƏNİB)

İlk xəbər saat 08:54-də yayımlanıb

Bakı. Trend:

Bakı şəhərinin Nizami rayonunda 1 nəfər kişi körpünun üzərinə çıxaraq intihar etmək istəyini nümayiş etdirib.

Fövqəladə Hallar Nazirliyindən Trend-ə verilən məlumata görə, müvafiq xilasetmə qüvvələri dərhal hadisə yerinə cəlb olunub. Xilasedicilər tərəfindən hadisə yerində müvafiq təhlükəsizlik tədbirləri görülüb.

Vətəndaşla aparılan psixoloji söhbətlər nəticəsində o, özünə qəsd etmək fikrindən daşınıb. Vətəndaş qaldırıcı qurğu vasitəsi ilə körpüdən endirilərək aidiyyəti üzrə təhvil verilib. Əməliyyat başa çatıb.​

XXX

08:54

Hazırda Heydər Əliyev prospekti Böyük Şor qovşağında və şəhər istiqamətində tıxac var.

Bu barədə Trend-ə Bakı Nəqliyyat Agentliyindən məlumat verilib.

Məlumata görə, tıxac əsasən Heydər Əliyev prospektinin Atəşgah dairəsindən Böyük Şor qovşağı da daxil olmaqla hisssində müşahidə edilir.

Tıxacın yaranmasına səbəb bir nəfər şəxsin intihar məqsədi ilə yol ötürücüsünün üstünə çıxmasıdır.

Məqalədə:
Xəbər lenti

Xəbər lenti